"m10"un "BakıKart" bölməsi ÇÖKDÜ

"m10" elektron pulqabının "BakıKart bileti" bölməsində problem yaranıb.

Bu barədə redaksiyamıza vətəndaşlar müraciət ediblər. Onlar tətbiq üzərindən bilet almaqda çətinlik yaşadıqlarını bildiriblər.

Məsələ ilə bağlı Lim10.az-ın sorğusuna cavab olaraq, pulqabının məxsus olduğu "PashaPay" şirkətinin PR meneceri Aygün Əliyeva bildirib ki, sözügedən müvəqqəti çətinlik mövcuddur və həlli istiqamətində addım atılır:

"Bu, texniki xətadır. Həddindən artıq yüklənmə var, sistem çöküb. Problem 15-20 dəqiqəyə həll olunacaq".

Məhərrəm Əliyev