Xırdalan dairəsində özünü körpüdən atan şəxsin VƏZİYYƏTİ açıqlanıb

Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdən özünü atan 1981-ci il təvəllüdlü Ramin Orucovun vəziyyəti ağır stabil qiymətləndirilir.

Bu məlumat Lim10.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) verilib. "1981-ci il təvəllüdlü (kişi cinsli) şəxs 28 dekabr saat 14:30-da təcili tibbi yardım briqadası vasitəsilə Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif növ bədən xəsarətləri ilə zəruri tibbi xidmətlər göstərilən, vəziyyəti ağır stabil qiymətləndirilən pasiyent daha ixtisaslı tibbi xidmət almaq üçün Kliniki Tibbi Mərkəzə təxliyə edilib",- deyə məlumatda qeyd olunur.

Əzizə İsmayılova

Xırdalanda kişi özünü körpüdən atıb.

Lim10.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Bakı-Sumqayıt şosesində, Xırdalan dairəsi ətrafındakı körpüdə qeydə alınıb.

Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Ramin Orucov körpüdən özünü atıb. Nəticədə, müxtəlif bədən xəsarətləri alan R.Orucov xəstəxanaya yerləşdirilib.

İlkin məlumata görə, R.Orucov səhhətindəki problemlər üzündən intihara cəhd edib.

Faktla bağlı araşdırma aparılır.