Boşanmalar günü-gündən artır: Günahkar kimdir?

Müasir dövrdə boşanmaların sayı günü-gündən artır. Cəmiyyətdə stereotip və baxışlar dəyişib. Statistika göstərir ki, nikaha xitam verənlərin əksəriyyəti gənclərdir.

2024-cü ilin ilk 10 ayında boşanmaların sayı nikahlardan daha çox olub. Dövlət Statistika Komitəsinin İctimaiyyətlə Əlaqələr sektorunun müdiri Tünzalə Qarayeva bildirib ki, bu ilin 10 ayı ərzində Ədliyyə Nazirliyinə rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 42 073 nikah və 17 907 boşanma halı qeydə alınıb:

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1 000 nəfərinə nikahların sayı azalaraq 5.3-dən 4.9-a düşüb, boşanmalar isə dəyişməyərək 2.1 səviyyəsində qalıb".

Boşanmalara əsas səbəb narkomaniya, alkoqolizm, şiddət göstərilsə də, tərəflər arasında xarakterlərin uyğunsuzluğu və kənar müdaxilələrin də rolu danılmazdır.

Mediator Almaz Ağamuradova deyir ki, bəzi qadınların şan-şöhrət arzusu, kişilərin isə çox vaxt valideynlərinin istəyi ilə addım atması da boşanmaya səbəb olan başlıca amillərdən biridir.

"Sosial şəbəkələrdə bu qədər geniş cah-cəlalın göstərilməsi nəticəsində insanlar "məndə də niyə olmasın" deyirlər. Əslində, qayınana boşandırmır, oğlan xarakter cəhətdən yetişməyibsə, bu da ailənin dağılmasına səbəb olur", - deyə o əlavə edib.

Ətraflı süjetdə:

Boşanmalar günü-gündən artır: Günahkar kimdir?