ABŞ-də "Jaguar" yarış avtomobili hərraca çıxarılacaq
"RM Sotheby's" hərrac evi fevralın əvvəlində Parisdə baş tutacaq hərracda qeyri-adi "Jaguar" yarış avtomobilini satışa çıxaracaq.
Lim10.az xəbər verir ki, bu barədə auto.ru yazır.
Bu 1980-ci illərin sonlarında idman yarışları üçün hazırlanmış "XJR-10" bolididir. Bu cür avtomobillər ABŞ-də keçirilən "IMSA GT" seriyasında iki qələbə qazanıb və dörd dəfə fəxri kürsüdə yer alıblar.
Prototipin qiyməti 800 min avro ilə 1,2 milyon avro arasında qiymətləndirilir.
"XJR-10" şassisini məşhur mühəndis Toni Sautqeyt hazırlayıb.
Eyni auksionda daha bir yarış avtomobili satışa çıxarılacaq. "Le Man" yarışlarında qalib gəlmiş "Ferrari" prototipinin 25 milyon avrodan baha satılacağı gözlənilir.