Bakıda yerləşən qədim hamam baxımsız vəziyyətdədir

Bir vaxtlar şəfa ocağı idi, indi isə baxımsız qalıb.

Lim10.az Xəzər TV-yə istinadla xəbər verir ki, söhbət Yasamal rayonu, Axundov küçəsində yerləşən məşhur hamamdan gedir.

Sakinlərin "Şor hamamı" adlandırdığı bu yer, Bakının ən məşhur hamamlarından biri olub. Onların sözlərinə görə, sovet dövründə yerli sakinlərin ehtiyaclarını ödəyən bu hamam, illərdir baxımsızlıq ucbatından fəaliyyətini dayandırıb.

Hamamda müalicəvi xüsusiyyətlərə malik duzlu sudan istifadə edilirdi. Bu su, daha çox revmatizm, dəri xəstəlikləri və oynaq problemlərindən əziyyət çəkən insanlar üçün şəfa mənbəyi sayılırdı.

Məsələ ilə bağlı Yasamal Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Bakıda yerləşən qədim hamam baxımsız vəziyyətdədir