WSJ: Yüzlərlə HƏMAS yaraqlısı Qəzza zolağındakı tunellərdə qalıb

Bir neçə yüz HƏMAS yaraqlısı Qəzza zolağının İsrailin nəzarətində olan hissəsində yerləşən tunellərdə qalıb.

Lim10.az  The "Wall Street Journal"  qəzetinə istinadla xəbər verir ki, İsrail bu yaraqlıların mövqelərinə mümkün hücumlarının atəşkəs sazişinin pozulmasına səbəb ola biləcəyindən narahatdır.

HƏMAS yaraqlılarının taleyi atəşkəsin ikinci mərhələsinə keçmək üçün danışıqlarda mübahisəli məqama çevrilib. HƏMAS nümayəndələri yaraqlılarını nəzarəti altındakı əraziyə təxliyə etməyə çalışarkən, İsrail tərəfi yaraqlıları ələ keçirməyə və ya tamamilə məhv etməyə çalışır. HƏMAS yaraqlılarla əlaqənin mart ayından bəri kəsildiyini və bu yaxınlarda bərpa olunduğunu iddia edir. 

HƏMAS iddia edir ki, təxminən yüz yaraqlısı yeraltındadır, İsrail və ərəb ölkələri isə onların sayını 200-300 nəfər olduğunu iddia edir. Nəşrin məlumatına görə, HƏMAS nümayəndələri əvvəllər xəbərdarlıq etmişdilər ki, yaraqlıları atəşkəsdən sonra qüvvəyə minən qaydalara əməl etməkdən imtina edərək İsrail ordusu ilə toqquşmalara başlaya bilərlər.

Elvin

Lim10.az