Kanalizasiya problemi: Sakinlər çıxılmaz vəziyyətdədirlər

Kanazlizasiya suları küçə boyu axır, yollar keçilməz vəziyyətə düşüb. Üfunətdən baş çartlayır.

Lim10.az Xəzər TV-yə istinadla xəbər verir ki, görüntülər Abşeronun Məhəmmədi kəndindəndir.

Sakinlər bildirirlər ki, mövcud vəziyyət aylardır davam edir. Yaranmış vəziyyət səbəbindən piyadalar yolun hərəkət hissəsi ilə getmək məcburiyyətində qalırlar. Aidiyyəti üzrə müraciətlərinə isə baxan yoxdur.

Onlar deyirlər ki, Məhhəmmədi kəndində kanalizasiya suları səbəbindən nəinki mərkəzi küçələr, hətta yeni təmirdən çıxmış məhəlləarası yollar da bərbad hala düşüb.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Qeyd edilən ərazi üzrə kanalizasiya şəbəkəsi mövcud deyil. Şəbəkə bələdiyyə tərəfindən inşa edilib və onun xidməti ərazisidir. Buna rəğmən oraya Bağlar Sukanal İdarəsi tərəfindən mütəmadi xidmət göstərilir. Mövcud qəzanın aradan qaldırılması üçün də əməkdaşlar əraziyə cəlb olunublar.

Məhəmmədi Kənd Bələdiyyəsindən isə bildirildi ki, ərazidə kanalizasiya suları üçün yox, qrunt sularının axıdılması məqsədilə xüsusi drenaj xətti çəkiblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Kanalizasiya problemi: Sakinlər çıxılmaz vəziyyətdədirlər