KİV: Türkiyə hökumətindəki mümkün dəyişikliklər əsas nazirləri əhatə etməyəcək

Türkiyə Nazirlər Kabinetində fevralın sonuna qədər dəyişikliklər mümkündür, lakin bu, beş əsas nazirə toxunmayacaq.

Lim10.az-ın verdiyi məlumata görə, bu barədə "Türkiye" qəzeti Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim Ədalət və İnkişaf Partiyasındakı mənbələrə istinadən məlumat verib.

Bildirilir ki, prezidentin qərarı ilə beş-altı nazir vəzifəsindən azad edilə bilər. Ancaq vitse-prezident Cevdet Yılmaz, maliyyə naziri Mehmet Şimşek, xarici işlər naziri Hakan Fidan və milli müdafiə naziri Yaşar Güler, həmçinin ekologiya və şəhərsalma naziri Murat Kurum öz vəzifələrini saxlayacaqlar.

Məlumatda deyilir ki, 2024-cü ilin mart ayında müxalifətin qələbə qazandığı yerli seçkilərdən sonra Ədalət və İnkişaf Partiyasında islahatlar çərçivəsində aparılan dəyişikliklər partiyanın rəhbərliyinə və onun təmsil olunduğu bələdiyyələrə də təsir edəcək.

Kadr yenilənməsinin hakim partiyanın qurultayına qədər (fevralın sonuna planlaşdırılıb) başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Türkiyənin hazırkı Nazirlər Kabineti 2023-cü ilin iyun ayında həmin ilin may ayında keçirilmiş prezident və parlament seçkisindən sonra formalaşdırılıb.