Yeni il bayramında neçə nəfər zəhərlənib?

Yeni il bayramı günü (31.12.2024-cü il tarixdə) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

Lim10.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, beşi dərman, altısı dəm qazı, ikisi allergik reaksiya, biri isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.