Ağır xəstəliyi olan iki yaşlı Rüfətin dəstəyə ehtiyacı var: Müalicə üçün imkanları yoxdur

İki yaşlı Rüfət yardımsevər şəxslərin dəstəyinə möhtacdır.

Bu barədə Lim10.az-a onun anası Samirə Əlizadə məlumat verib.

O bildirib ki, övladı qaraciyər problemindən əziyyət çəkir:

"Rüfət iki yaş iki aylıqdır. Bir neçə ay əvvəl onun bədənində ləkələr əmələ gəldi. Biz bunun allergiya olduğunu düşünsək də, sonradan bunun qaraciyərlə bağlı ola biləcəyini dedilər. Bununla bağlı bir çox analiz verib, müayinələrdən keçmişik. Rüfətin analizlərini Türkiyədə yerləşən özəl klinikalardan birinə göndərdik. Oradan bizə Rüfətdə qaraciyər sirrozunun başlanğıcı ola biləcəyini dedilər".

Samirə Əlizadə övladının müalicəsi üçün Türkiyəyə yollandıqlarını deyib:

"Türkiyədəki həkimlər ora getməyimizi və orada müayinələrdən keçdikdən sonra daha dəqiq cavab verəcəklərini demişdilər. Biz sizin saytın izləyicilərinin dəstəyi ilə Türkiyəyə yollandıq. Həkimlər Rüfətə qaraciyər sirrozunun başlanğıcı diaqnozunu qoydular. Müalicələri vaxtında etsək, xəstəliyin qarşısını ala biləcəyimizi dedilər. İki aydır ki, sizin saytın izləyiciləri sayəsində onu müalicə edirik. Hazırda müalicələrin davamı üçün 720 manat pula ehtiyacımız var. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".

Ailə ilə əlaqə: (077) 300-14-95.

Kapital Bank: 4169 7388 7205 3958.