Birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb: Səbəb nədir?
Son dövrlər birinci və sonuncu mərtəbədə yerləşən mənzillərə tələbat artıb.
Lim10.az Xəzər TV-yə istinadla xəbər verir ki, bunu əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.
O bildirib ki, sözügedən mənzillərə tələbin artmasına səbəb paytaxt ərazisində aparılan söküntü işləridir. Eyni zamanda, plana düşən ərazilərdə fərdi yaşayış evləri olanlar daha çox binaların aşağı mərtəbələrinə üstünlük verirlər.
E.Fərzəliyev qeyd edib ki, birinci və sonuncu mərtəbələrdəki mənzillər orta mərtəbələrə nisbətən 10-20 faiz ucuz təklif edilir. Bu da aşağı büdcəli sakinlər üçün daha əlçatan olur.
Ekspert əlavə edib ki, yuxarı mərtəbələrə üstünlük verənlər daha çox xaricdə yaşayan azərbaycanlılardır. Buna da səbəb onların qismən aşağı büdcə ilə az müddət qala biləcəkləri mənzil ala bilmələridir.
Ətraflı süjetdə: