Bakı həbsxanasında daha bir məhkum öldü

Azərbaycanda daha bir məhkum həbsdə ölüb.

Lim10.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

Orada cəza çəkən məhkum Sabir Alıyev dünyasını dəyişib.

Onun xəstəlikdən öldüyü bildirilir.

Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 2-ci ölüm hadisəsidir.