Türkanda nəhəng zibil poliqonu TƏMİZLƏNDİ

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində yerli sakinlərin "Daş karxanası tərəf" adlandırdığı ərazidə yaranan nəhəng zibil poliqonu təmizlənib.

Lim10.az-ın əldə etdiyi məlumata görə, qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayiəti ilə əraziyə cəlb olunan aidiyyəti dövlət orqanları tərəfindən aradan qaldırılıb.

Bakının Xəzər rayonunun Türkan qəsəbəsində böyük bir ekoloji problem yaşanmaqdadır.

Lim10.az xəbər verir ki, yerli sakinlərin "Daş karxanası tərəf" adlandırdığı ərazidə nəhəng zibil poliqonu yaranıb.

Üfunət və zibillik qəsəbə sakinlərinin narahatlığına səbəb olub.

Məsələ ilə bağlı Lim10.az-ın sorğusunu cavablandıran Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Rəvan Teymurov artıq ərazidə təmizlik işlərinə start verildiyini bildirib.

"Türkan qəsəbəsində tullantıların atılaraq qalaqlandığı ərazi hazırda Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Türkan bələdiyyəsinin işçiləri tərəfindən tullantılardan təmizlənir. Ərazinin nəzarətdə saxlanılması ilə bağlı Türkan bələdiyyəsinə və icra nümayəndəsinə tapşırıq verilib", - deyə xidmət rəsmisi bildirib.

Xatırladaq ki, ötən gün PhotoStock.az-ın əməkdaşları ərazidən .

Əzizə İsmayılova