Masallıda 27 yaşlı oğlan sübh tezdən özünü asdı

Masallıda intihar hadisəsi baş verib.

Lim10.az Lent.az-a istinadla xəbər verir ki, hadisə sübh tezdən rayonun II Yedioymaq kəndində qeydə alınıb.

Orada yaşayan, 1998-ci il təvəllüdlü Məhəmməd Rəhmanov yaşadığı evin həyətində özünü asıb.

İntiharın səbəbləri məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.