Azərbaycanda sabiq nazir reanimasiyaya yerləşdirilib: Vəziyyəti AĞIRDIR

Ədalət Partiyasının sədri İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib, vəziyyəti ağırdır.

Lim10.az xəbər verir ki, bu barədə Teleqraf.com-a sabiq baş prokuror, İlyas İsmayılovun yaxın qohumu deyib.

"İlyas bəy hazırda Mərkəzi Klinikada reanimasiya şöbəsində müalicə olunur. Artıq bir aya yaxındır ki, xəstəxanadadır. İnsult keçirmişdi, indi nisbətən yaxşılaşır", - deyə o əlavə edib.

Mərkəzi Klinikanın baş həkimi Kamran Musayev açıqlamasında qeyd edib ki, İlyas İsmayılovun müalicəsi hazırda Mərkəzi Klinikanın reanimasiya şöbəsində davam edir:

"Vəziyyəti ağır-stabil olaraq qalır".

Qeyd edək ki, İlyas Abbas oğlu İsmayılov 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub.

İlyas İsmayılov 2001-ci ildən Ədalət Partiyasına sədrlik edir.