Xose Bernardo reabilitasiya mərkəzində: Gənc yaşlarından narkotik aludəçisi imiş
Keçmiş teleaparıcı Xose Bernardo narkomaniyadan qurtulmaq üçün "Çıxış Yolu" Reabilitasiya Mərkəzində müalicə alır.
Bu barədə Lim10.az-a mərkəzdən məlumat verilib.
Bildirilib ki, Xose Bernardo üç gün öncə narkomaniyadan müalicə olunmaq üçün mərkəzə müraciət edib:
"Onun çox sayda dostunu biz müalicə etmişik. Öz istəyi ilə bizə müraciət edib, sağalmaq istədiyini deyib. Xose Bernardo təxminən 18-19 yaşlarından narkotikə qurşanıb. Daha çox yüngül narkotik vasitələrdən istifadə edib".
Aygün Mirakif