ABŞ Vahid Ələkbərovun oğluna sanksiya tətbiq etdi

ABŞ Rusiya şirkətlərinə və enerji sektoru ilə əlaqəli şəxslərə qarşı sanksiyalar paketini genişləndirib.

Lim10.az "Forbes"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatlarının Maliyyə Nazirliyinin dərc etdiyi sənəddə bildirilir.

Sənəddə azərbaycanəsilli rusiyalı iş adamı, "LUKOİL" şirkətinin keçmiş prezidenti, hazırkı həmsahibi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərovun da adı qeyd olunub.

Bildirilir ki, sanksiyalarda adıçəkilən şəxslərin ABŞ-də olan bütün əmlakları bloklanır.

Sanksiya siyahısına Rusiya neftinin ticarətində şübhəli bilinən 183 neft tankeri və bir sıra xarici şirkətlər və şəxslər daxildir.

Qeyd edək ki, Yusif Ələkbərov Rusiyanın neft-mədən xidmətləri şirkəti "Welltech" və EKTO MMC-nin təsisçisi və sahibidir.