Ağdamda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınacaq

Ağdam şəhərində məcburi köçkünlər üçün yeni yaşayış kompleksi salınacaq.

Lim10.az Trend.az-a istinadən xəbər verir ki, 5-ci faza üzrə məcburi köçkünlər üçün salınacaq yaşayış kompleksi ortamərtəbəli və çoxfunksiyalı olacaq.

Məlumata görə, artıq Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti bu layihə çərçivəsində qalıq iş həcmləri üzrə şaquli planlaşdırma və söküntü işləri ilə bağlı hazırlıqları yekunlaşdırıb.

İşlərin icrası üçün 265,1 min manat ayrılıb.