Ana köməyə çağırır: "Qızım dözülməz qıcolmalardan əziyyət çəkir"
11 yaşlı Dəniz Rəhimli ağır serebral iflic və dözülməz qıcolmalardan əziyyət çəkir.
Bu barədə Lim10.az-a onun anası Ülkanə Rəhimova məlumat verib.
O bildirib ki, Dənizin səhhətində problemlər doğulandan başlayıb və bu günə kimi o yeriyə, danışa bilmir:
"Hələ beşaylıq olarkən çox zəif göründüyü diqqətimizi çəkməyə başladı. Çox həkimə getdik, amma heç kim bizə kömək edə bilmədi. Bir yaşından başlayaraq Dənizi bir neçə dəfə müayinə və konsultasiya üçün Türkiyəyə apardıq, diaqnozunu orada öyrəndik. Bu səfərlər üçün əlimizdə olan hər şeyi satmalı olduq. Xoşbəxtlikdən, müalicə qıcolmaları azaltmağa kömək etdi və serebral ifliclə mübarizədə işə yaradı: qızım sərbəst şəkildə oturmağa, addımlar atmağa başladı".
Ülkanə Rəhimova övladının müalicəsi üçün hazırda Türkiyəyə getməli olduqlarını deyib:
"Dənizin həkimi Türkiyədə işləyir. O daim bizlə əlaqədədir, onun müalicələrini son dövrlər telefonla danışaraq yazırdı. Hazırda müayinə üçün ora getməyimiz lazımdır. Bunun üçün bizim 4 000 manata ehtiyacımız var. Bu məbləğin 1 600 manatını toplaya bilsəm də, 2 400 manatımız çatmır. Biletlərimizi yardımsevər bir şəxs alacağını deyib. Mən tək anayam, Dənzidən başqa iki övladım da var, yoldaşımla isə iki ilə yaxındır ayrılmışıq. Üç uşağa tək baxıram. Tək arzum Dənizin qıcolmalarının azalması, balamın rahat yuxu yata bilməsidir. Yardimsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm".
Ailə ilə əlaqə: (051) 951-80-29.
"Kapital Bank": 5239 1517 3107 3584.