Badamdarda su xəttində qəza: Vəziyyət NƏ YERDƏDİR?

"Paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində su xəttində baş verən qəzanın aradan qaldırılması istiqamətində iş aparılır".

Bunu Lim10.az-ın sorğusuna cavab olaraq İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildiriblər.

"Gecə saatlarından etibarən Səbail rayon Sukanal İdarəsi tərəfindən 11-ci Badamdar küçəsində baş verən qəzanın aradan qaldırılması istiqamətində işlərə başlanılıb. Hazırda su xəttinin bərpası yekunlaşmaq üzrədir", - deyə məlumatda qeyd olunur.

Xatırladaq ki, ötən gün Badamdar qəsəbəsində içməli su xəttində içməli su küçələrə axıb. Sözügedən yoldan istifadə edən sürücülər də çətinliklərlə üzləşiblər.

Əzizə İsmayılova