Vəzifəli şəxs qəfil ÖLDÜ
Gəncədə vəzifəli şəxs avtomobildə infarkt keçirərək ölüb.
Lim10.az "Report"a istinadən məlumat verir ki, 1978-ci il təvəllüdlü Şirin Məhərrəm oğlu Cəfərov "Nissan" markalı avtomobildə dünyasını dəyişib.
Qeyd edək ki, mərhum "Azərbaycan Dəmir Yolları" QSC-nin Yük daşımaları departamentinin Stansiyaların idarəedilməsi xidmətinin Qərb sahəsinin rəis müavini vəzifəsində çalışırmış.