Azərbaycanda altı kiloqram çəkidə körpə dünyaya gəlib

Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində 6 kiloqram çəkidə körpə dünyaya gəlib.

Lim10.az xəbər verir ki, bu barədə Klinik Tibbi Mərkəzdən məlumat yayılıb.

Bildirilib ki, 10.01.2025-ci il saat 20:30-da Kliniki Tibbi Mərkəzin Doğum-Ginekologiya şöbəsində çəkisi 6 kq, boyu 58 sm olan qadın cinsli uşaq dünyaya gəlib.

Ginekologiya şöbəsinin mama-ginekoloqu Solmaz Mehdiyevanın həyata keçirdiyi təbii doğuşla dünyaya gələn körpə müddətinə görə ağırçəkili uşaq hesab olunur. Hipoksiya ilə doğulan körpə N-SPAP və süni tənəffüs aparatlarına qoşulub.

Müalicələr nəticəsində körpənin səhhətində müsbət dinamika qeyd olunub, hazırda çarpayı rejimində nazal oksigen terapiyasındadır.

Hazırda körpənin vəziyyəti orta ağır və ananın vəziyyəti stabil qiymətləndirilir.