COVID-19-un sonrakı fəsadlarından qaçmağın yolu açıqlandı - Tədqiqatda heyrətə salan nəticələr
"COVID-19 keçirmiş insanlar sağalmasına şübhə etməməlidirlər, əks halda psixosomatik pozğunluqlar güclənə bilər".
Lim10.az-ın verdiyi məlumata görə, bu barədə Rusiyanın Cənubi Ural Dövlət Universitetinin alimləri bəyan ediblər.
Tədqiqatda onlarla regiondan 10 mindən çox insan iştirak edib. Onların cins, yaş, təhsil səviyyəsi, COVID-19 xəstəlik tarixi, öz sağlamlıq vəziyyətinin qiymətləndirməsi, infeksiyadan qorxu və bəzi digər xüsusiyyətləri nəzərə alınıb.
Tədqiqat iştirakçılarının yalnız 16.8%-də koronavirus izsiz keçib.
Araşdırma zamanı məlum olub ki, öz sağlamlığına şübhə edən insanlarda somatik simptomlar ağırlaşıb. Əksəriyyətində mədə-bağırsaq problemləri, bel, ətraf və oynaq ağrıları, başağrıları, gücsüzlük, yuxusuzluq, başgicəllənmə və təngnəfəslik müşahidə olunub.
Maraqlıdır ki, postkovid stresinə qadınlar daha çox meyilli olublar - onlar narahatlıq, tənhalığa meyillilik və depressiya simptomları barədə daha çox məlumat veriblər.
Alimlər vurğulayıblar ki, əldə edilən məlumatlar xəstəliyi keçirənlərin reabilitasiyası üçün psixoloqların tövsiyələrinin əsasını təşkil edə bilər.