Qafqaz dəyişikliklərə hamilədir
Hazırda Cənubi Qafqaz hər an hər hadisənin ola biləcəyi gözləniləndir. Bir gün içində hər şey 190 dərəcə dəyişə bilər.
Son zamanlar regionda gərginlik əsasən İranın addımları ilə bağlıdır. Tehran artıq açıq-aşkar öz iç üzünü açaraq, Azərbaycana qarçı terrorçu addımlarını gizlətmədən törədir. İlk öncə Tehrandakı səfirliyimiz, sonra Hacı Şahinin şübhəli ölümü (bu barədə rəsmi məlumat ürəktutmasıdır), ardınca millət vəkilinə silahlı hücum və Azərbaycan Xüsusi Xidmət orqanlarının yatmış molla rejiminə xidmət edən hücrələrin tapılıb zərərsizləşdirilməsi...
Bəli İranı narahat edən əsas məsələ Azərbaycanın Ermənistanı məğlub edərək dirçəlməsi və Cənublu soydaşlarımızın da, molla rejimindən canlarını qurtarmaq istəməsidir. İran hazırda İsraildən çox Azərbaycandan qorxur. Çünki daxili 40 milyonluq Azərbaycan türkünün nəyə qadir olduğunu və hansı addım atacağını hesablaya bilmir. Təbriz küçələrində Azərbaycan bayraqları və ara sıra Azərbaycan Prezidenti İlham Əliyevin fotoları yayımlanır. Bu isə o deməkdir ki, xalq öz şimali qardaşlarının arxasınca gəlmək istəyir.
İranın aktivləşməsi ərəfəsinə, fikir versək istər Tehrandakı səfirliyə hücum, istərsə də Fazil Mustafaya hücum ərəfəsində İran və Rusiyanın yüksək ranqlı məmurlarının görüşü olmuşdur. Buradan belə bir nüans ortaya çıxır ki, İranın aktivləşməsi birbaşa olaraq Kremlin göstərişi əsasındadır.
300 ildir Qafqazı idarə edən Rus-Fars tandemi zamanla əl dəyişmişdir. Hazırda Azərbaycan bu oyunu pozur.
Azərbaycanın müstəqil siyasəti nə Kremlə, nə Tehrana sərf etmir. Ukraynada batıb qalan və iqtisadiyyatı dağılmaq üzrə olan Rusiya Qafqazda ikinci cəbhənin açılmasını qəti istəmir. Paşinyan nə qədər Putini alçatsa, katalizatorluq etsə də, Kreml buna göz yumur. Vaxt var idi biz hansısa rus məmuruna etiraz edən günün səhəri "Rosselnadzor" dərhal pomidorlarımızda bakteriya tapırdı. Lakin indi Paşinyan, hətta, Putinin tutulmasına belə imza atır, bununla belə İrəvana qarşı ciddi addım görmürük. Bu isə Kremlin hazırda aciz olduğunu göstərir. Əlavə olaraq isə Azərbaycanın hər an əməliyyata başlayıb, Qarabağı silahlılardan təmizləmə imkanı var. Rusiya məngənəyə sıxışdığına görə Qafqaza nəzarət edə bilmir. Bu səbəbdən Avropa və Qərb öz müşahidəçilərini artıq Ermənistana yerləşdirib. Dünən erməni XİN rəhbərinin Tehrana səfərinin əsas məqsədi məhz izahat verməkdir. Qafqazda vəziyyət qarışıqdır.
Kreml iki üzlü siyasət oynayır. İran bizi özünə düşmən elan edib. Ermənistanı dost görür. Lakin Ermənistan Qərbi birbaşa olaraq gətirib İran sərhəddinə yerləşdirib. Demək Paşinyan açıq mesajı həm mollalara həm Putinə verir.
Azərbaycan Zəngəzur yolunu tələb edir. Əslində bu yolu Ermənistan da istəyir. Buna qarşı çıxan əsas qüvvə Rusiyadır. Rusiya istəmir ki, yeni geosiyasi vəziyyət yaransın və Avro-Atlantik (NATO) bloku sərhədə daha da, yaxınlaşsın. İranın bu yolun qarşısını kəsəcək bir formulu yoxdur. Qərar verən Azəbaycan və Ermənistandır. Lakin İrəvanın siyasi iradəsi yoxdur. Çünki hazırda 3 stulda oturub. Rus, Fars və Qərb.
Azərbaycana qarşı şantaj dozasını artıran Tehrana cavab İsraildən gəldi. Haqsız olaraq bizi günahlandıran molla rejiminin Suriyadakı proksi qüvvələri darmadağın edilir. Rusiyanın Ukraynadakı məğlubiyyəti birbaşa molla rejiminin çöküşü olacaqdır. Çünki Rusiyasız İran Qərbə qarşı dura bilməz. Buna əyanı sübut hazırda Rusiyadır. Artıq Putinə yaxın siyasi elita asta-asta qaçmağa başlayıb və hökümətyönlü ekspertlər 1 dolların 130 rubla qədər qaldırılmasını təklif edirlər ki, büdcədəki boşluğu qapaya bilsinlər. Bu indi ictimaiyyətə fikir kimi yeridilir və çox güman reallaşacaqdır. Müharibə Ukraynanı viran qoyan kimi, Rusiya iqtisadiyyatını 20 il geri çəkdi. Putin indi ehtiyyatları yeməklə xalqa pul verərək vəziyyətin yaxşı olması barədə görüntü yaradır. Lakin iqtisadi rəqəmlər tam başqadır. Yaxın günlərdə bir dolların 150 rubla qədər qalxmasını görsəniz heç təəccüblənməyin.
Rusiya Ukraynada savaşı qazana bilmir, iş orasıdır ki, bitirə də bilmir. Putinin əyyaş, narkoman adlandırdığı Zelenskini adam saymadağı zamandan bu yana 1 il ötüb. Putinin mütləq qələbə deyərək yola çıxması və sülhdən əvvəl rejimin dəyişməsini istəməsi hara, indi Ukrayna ilə sülh barədə danışmaq istəyirik deməsi hara..
Rus hərbi qüdrətinin bir puç, bir mif olmasını bütün dünya gördü. Bu İrana birbaşa göz dağıdır. İranın 2-3 model plagiat dronlarının reklamı isə onları yaman çaşdırır. İran ordusu özü də Rusiyadan bərbad gündədir. 30-40 ilin aviasiyası, tankları və s. Sadəcə uzun mənzilli raketləri var ki, hansı ki onu da "Dəmir Qübbə" 20-sini birdən göydə məhv edir.
Yaxın 3 ay içində Qafqazın geosiyası vəziyyəti dəyişəcəkdir. Əsas məsələ Ərdoğanın yenidən prezident seçilməsindən sonra başlayacaq. Hazırda Türkiyənin başı həm təbii fəlakətin nəticələrini aradan qaldırmağa, həm də, seçkilərə qarışıb. Bundan istifadə edən Kreml isə Tehranı Qafqaza jandarmeriya roluna təyin edib, bizim üstümüzə hürdürür.
Yaxın günlərdə Laçın dəhlizinin girəcək hissəsində Azərbaycan postunun olması reallaşacaqdır. Bununla da, erməni separatçılarının bütün nəfəslikləri qapanacaqdır.
Sonra isə bizim işimiz ermənilərlə yox, Rusiya ilə olacaqdır.