Yük maşını ilə magistral yolda "avtoşluq" etdilər

Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs edilib.

Lim10.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Goranboy rayon sakini Yusif Elşad oğlu Qasımov idarə etdiyi 57-AC-845 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı-Qazax yolunda hərəkətdə olarkən yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün DYP əməkdaşları tərəfindən ona "Saxla" işarəsi verilib, lakin sonuncu polisin qanuni tələbinə tabe olmayaraq qanunsuz hərəkətini davam etdirib.

Görülən tədbirlər nəticəsində Y.Qasımovun idarə etdiyi nəqliyyat vasitəsi saxlanılaraq müvafiq sənədləşmə aparılıb, toplanmış materiallar baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə Y.Qasımov nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 25 gün müddətində inzibati qaydada həbs edilib.

Həmin görüntüləri təqdim edirik: