Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub-yazmağı da bilmirsən?

Rusiya Prezidenti Vladimir Putin 4 saatdan çox davam edən proqramda bir qrup Rusiya vətəndaşının və jurnalistin suallarını cavablandırıb.

Lim10.az xəbər verir ki, televiziya proqramında Putin NATO-nun Baş katibi Mark Ruttenin açıqlamalarını qiymətləndirib və NATO ilə münasibətlər barədə müxtəlif fikirlər söyləyib. Rusiya lideri Rutteyə sərt şəkildə müraciət edib.

Putinin açıqlamalarını təqdim edirik:

- Buna qulaq asın, o nədən danışır? İnsan soruşmaq istəyir: Tanrı eşqinə, sən nə deyirsən, Rusiya ilə müharibə etməkdən danışırsan?
- Guya Rusiyaya qarşı savaşa hazırlaşmaq lazım imiş.
- Oxuyub-yazmağı bilirsən? ABŞ-nin yeni Milli Təhlükəsizlik Strategiyasını aç oxu. Gör, orada nə yazılıb?!
- Xüsusilə diqqəti ABŞ-a yönəldirəm. O, NATO-nun əsas oyunçusudur. ABŞ NATO-nu təsis edib. ABŞ NATO-nun əsas maliyyəçisidir. Pulun, hərbi texnologiyanın, silahların və sursatın əsas mənbəyi ABŞ-dır. Hamısı oradan gəlir.
- Və NATO-nun yeni təhlükəsizlik strategiyasının təməlində nə dayanır? Rusiya nə düşmən, nə də hədəf kimi təqdim olunur. Amma buna baxmayaraq, NATO-nun baş katibi ortaya çıxıb bizimlə müharibəyə hazırlaşdıqlarını deyir. Bu nə deməkdir? Oxumağı bilmirsiniz? NATO-nun əsas üzvü olan ABŞ bizi düşmən və ya rəqib kimi görmədiyi halda, NATO olaraq Rusiyanı necə müharibə hədəfinə çevirə bilərsiniz?

Qeyd edək ki, Mark Rutte bundan əvvəl Rusiya ilə müharibə gözlənildiyini və hazır olmaq gərəkdiyini söyləyib.

Billurə