İmran Xan və həyat yoldaşı 17 il azadlıqdan məhrum edilib

Pakistan məhkəməsi sabiq Baş nazir İmran Xan və onun həyat yoldaşı Büşra Bibini korrupsiya işi üzrə 17 il həbs cəzasına məhkum edib.

Lim10.az xəbər verir ki, onlar 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı saxtakarlıqda ittiham olunur.

Məhkəmə Xan və Buşra Bibiyə etibardan sui-istifadə ittihamı ilə 10 il, Korrupsiyanın Qarşısının Alınması Qanununun müxtəlif pozuntularına görə isə yeddi il həbs cəzası verib. Məhkum edilmiş şəxslərin hər biri həmçinin 16,4 milyon Pakistan rupisi (təxminən 60.000 dollar) məbləğində cərimə olunub.