Gəncədə yeniyetmə xəstəxanada vəfat edib
Gəncədə 12 yaşlı oğlan xəstəxanada vəfat edib.
Lim10.az "Report"a istinadən xəbər verir ki, Gəncə şəhərində 12 yaşlı M.B. yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin göstərdikləri tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Xəstəxanadan bildirilib ki, 01.02.2025-ci il tarixində saat 19 radələrində 2013-cü il təvəllüdlü (kişi cinsli) şəxs huşsuz vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Uşaq Xəstəxanasına hospitalizasiya olunub.
Vəziyyəti ağır qiymətləndirilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün 02.02.2025-ci il tarixində saat 03:20-də Abbas Səhhət adına xəstəxanaya yerləşdirilib.
Dəqiqləşdirilməmiş meningizm, qıcolma sindromu diaqnozu ilə müvafiq şöbəyə yerləşdirilən pasiyentin göstərilən reanimasiyon tədbirlərə baxmayaraq 08 radələrində ölüm faktı qeydə alınıb.
Faktla bağlı araşdırma aparılır.