Gürcüstan Avropa İttifaqına namizəd statusu qazanmaq üçün nə etməlidir?


2022-ci ilin 23 iyun tarixində Avropa Komissiyası Ukrayna, Moldova və Gürcüstanın Avropa İttifaqına namizəd ölkə statusu almaqla bağlı müraciətlərinə cavab verib.
Sözügedən tarix Ukrayna və Moldovaya Avropa İttifaqına üzvlüyə namizəd ölkə statusu verilməsi, Gürcüstananın isə Avropa perspektivinin tanınması ilə yadda qaldı.
Sözügedən tarixdə Avropa Komissiyası Gürcüstana 12 bənddən ibarət tövsiyyələr paketini həyata keçirməsi üçün müraciət ünvanladı.
Gürcüstan hökumətinin namizəd ölkə statusu ilə bağlı həyata keçirməli olduğu tövsiyyələr paketinin qiymətləndirilməsi cari ilin payızında baş tutacaq. Avropa İttifaqı rəsmiləri bəyan edirlər ki, Gürcüstan tərəfi sözügedən tövsiyyələr paketini həyata keçirdiyi təqdirdə, tarixi şansdan istifadə edərək, Avropa İttifaqına namizəd ölkə statusu qazana bilər.
Avropa Komissiyasının 12 bənddən ibarət tövsiyyələr paketinə əsasən, Gürcüstan namizəd ölkə statusu əldə etmək üçün aşağıdakıları yerinə yetirməlidir:

  • 19 aprel razılaşmasının şərtlərinə uyğun olaraq siyasi partiyalar arasındakı əməkdaşlığı təmin etməklə siyasi qütbləşmə problemini həll etmək;
  • Bütün dövlət qurumlarının tam fəaliyyət göstərməsi, habelə demokratik nəzarət mexanizmlərinin gücləndirilməsi, hakimiyyət tərəfindən ATƏT/ODIHR, Venesiya Komssiyası tərəfindən seçki sistemi ilə bağlı verilmiş tövsiyyələrin nəzərə alınması;
  • ● Şəffaf və effektiv məhkəmə islahatları strategiyası və fəaliyyət planını qəbul etmək, onu həyata keçirmək. Məhkəmə sisteminin tam şəkildə müstəqilliyini, hesabatlılığını və qərəzsizliyini təmin etmək; Məhkəmə institutları və prokurorluq müstəqil və şəffaf şəkildə fəaliyyət göstərməli, hakimlər və Ədliyyə Şurasının üzvləri şəffaf şəkildə təyin olunmalıdırlar;
    ● Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin müstəqilliyini gücləndirmək, elit korrupsiya hallarını ciddi şəkildə araşdırmaq; Xüsusi İstintaq Xidmətinin və Fərdi Məlumatların Mühfizəsi Xidmətini mandatlarına uyğun şəkildə resurslarla təchiz etmək, sözügedən idarələrin institusional müstəqilliyini təmin etmək;
    ● Şəxsi maraqların iqtisadi, siyasi və ictimai həyata həddindən artıq təsirini aradan qaldırmaqla "deoliqarxizasiya" ilə bağlı öhdəliyi üzərinə götürmək və həyata keçirmək;
    ● Mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni gücləndirmək və qanun pozuntularını səmərəli araşdırmaq; hüquq mühafizə orqanlarının hesabatlılığının və şəffaflığının təmin edilməsi;
    ● Azad, peşəkar, plüralist və müstəqil media mühitinin təmin edilməsi, xüsusən də media sahiblərinə qarşı məhkəmə proseslərinin ən yüksək hüquqi standartlara cavab verməsi; jurnalistlərə qarşı zorakılıq hallarının effektiv şəkildə və zamanında araşdırılması;
    ● Həssas qruplara daxil olan insanların hüquqlarının müdafiəsinin gücləndirilməsi; zorakılıq törədənləri və buna təhrik edənləri daha effektiv şəkildə ədalət mühakiməsinə cəlb etmək üçün hərəkətə keçmək;
    ● Gender bərabərliyini təşviq etmək və qadınlara qarşı zorakılıq halları ilə bağlı mübarizə aparmaq üçün güclərin birləşdirilməsi;
    ● Bütün səviyyələrdə qərarların qəbul edilməsi prosesinə vətəndaş cəmiyyətinin cəlb edilməsi;
    ● Gürcüstan Məhkəmələrinin öz müzakirələrində Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını fəal şəkildə nəzərə alması üçün müvafiq qanunların qəbulu;
    ● Yeni xalq müdafiəçisinin seçilməsi prosesində müstəqil şəxsə üstünlük verilməsi, prosesin şəffaf şəkildə aparılmasının təmin edilməsi; Xalq müdafiəçisi ofisinin səmərəli institusional müstəqilliyinin təmin edilməsidir.
    Qeyd edək ki, Avropalı rəsmilər bəyan edirlər ki, tövsiyyələr paketinin həyata keçiriləcəyi təqdirdə İttifaqın qapıları Gürcüstan üçün açıq olacaq.