Ukraynadakı münaqişənin həll edilməsi ilə bağlı ÜÇMƏRHƏLƏLİ TƏKLİF
![](https://lim10.az/images/article/big/1739887202.9456.webp)
ABŞ və Rusiya Ukraynada münaqişənin sülh yolu ilə nizamlanmasının üçmərhələli planı barədə təklif irəli sürüblər.
Lim10.az xəbər verir ki, "Fox News" telekanalının jurnalisti Caki Haynriç "X" sosial şəbəkə hesabında bu iddia ilə çıxış edib.
Səudiyyə Ərəbistanındakı danışıqlara yaxın bir neçə xarici diplomatik mənbənin məlumatına görə, plan üç mərhələni ehtiva edir:
- Atəşkəs;
- Ukraynada yeni seçkilərin keçirilməsi;
- Yekun razılaşmanın imzalanması.
Mənbələr vurğulayırlar ki, yeni seçkilərin keçirilməsi sülh prosesinin uğuru üçün əsas şərt kimi nəzərdən keçirilir.