Cahillərdən uzaq durun

SƏXAVƏT ƏLİSOY

Cəhalətə aid fikrini paylaş. dərhal 3-5 savadsız üstünə gələcək.
Bu zatlar özlərini digərlərindən daha ağıllı hesab etməkdə.
Düşünürlər ki, müsəlmanlar barəsində yalnız tərif yazmaq gərək.
İslamın, Qurani-Kərimin gerçək mahiyyətini dərk etmədiyi halda yalnız namaz qıldığı üçün, Məkkəyə, Kərbəlaya, Məşhədə getdiyi üçün özünü birinci sort müsəlman sayır.
Və hesab edir ki, müsəlmanlar barədə yazılan hər fikrə münasibət bildirməyə mükəlləfdir.
Sən kimsən ki, cümlə müsəlmanların təəssübünü çəkmək iddiasındasan?
Allahın bacısı oğlusanmı?
Peyğəmbərdən, 4 xəlifədən, 12 İmamdan vəkalətin varmı ki, hər kəsə cavab yazırsan?
Deyəndə ki, 1 Milyard 700 milyon müsəlmanın yüzdə doxsanı ehtiyac içində yaşayır, hoppanıb düşürsən, ortaya.
Ağlın çatmır səbəblərini açmağa, sus, heç olmasa.
Deyəndə ki, Müsəlman dövlətlərində elm yox kimidir, kitab oxunmur, özünə əl qoyursan.
Yazanda ki, təhsil sistemi, elmə münasibıt bərbad olduğu üçün Gavur dedikləriniz ümmət dediklərinizi istismar edir, başlayırsan bu dünyanın fani olduğundan danışmağa.
Gavurun bazara çıxardığı avtomobil altınızda, televizor evinizdə, telefon cibinizdə, qiyafət əyninizdə olduğu halda Gavurun dədə-babasına bəddua edirsiz.
1400 ildir oxumaq, elmə yiyələnmək əvəzinə gavura bəddua edirsən.
Sən lənətləməyindən əl çəkmirsən, onlar Aya çıxdılar, Atomu, nüvəni böldülər, sənin də kütləvi halda mübtəla olduğun xəstəliklərə əlac tapdılar. Sən isə, bunları yazana düşmən kimi baxırsan.
Ey cahil, sənə vətəndaş olmağı demirəm hələ, İnsan kimi yaşamaq istəyirsənsə, elmin savadın olmalıdır.
Yox, itaətkar bir varlıq kimi yaşamaqdan əl çəkmək istəmirsənsə, buyur, nə qədər istəyirsənsə, yaşamağında ol.
Aç gözünü, 7-ci əsr deyil indi. XXİ əsrdə yaşayırsan. Başını yaşadığın zamanın şərtlərinə uyğun çalışdır.
Güc sahibi olmaq istəyirsənsə, alverxanalar deyil, universitetlərin önəmli olduğunu anla.
Unutma, nə qədər ki, bu həqiqəti anlaya bilmirsən, kölə olacaqsan.
Şahidi olduqlarımı yazıram, Londonun küçələrini Pakistanlı müsəlmanlar, Parisin küçələrini ərəblər, Almaniyanın, kisəsi, Cümlə Qərbin küçələrini təmizləyən də müsəlmanlar.
Sən bu dünyaya qara işlər görmək üçün gəldin?
Diqqətlə, yaxşı- yaxşı düşün.
15 milyon yəhudi qarşısında aciz durumda olan 500 milyon ərəbi düşün.
Özün oxumadınsa, uşaqlarını oxut, onları zəmanənin şərtlərinə uyğun böyüt.
Bunları yazmaq, mənim bir vətəndaş, ziyalı görəvim.
Səndən istədiyim tək bir şey var.
Ağlınla hərəkət et.
Sən insansan. Düşüncəndən yararlan.
Kimsəni fikirlərinə görə ittiham etməyə qalxma.
Ağlının qulağından tut və onu 21-ci əsrə gətir...

Söz sonu. Müsəlmanın çıxış yolu budur: Oxumaq!