Səməd Vurğun Bəxtiyar Vahabzadənin "Ana dili" şerinə neçə həyat verdi?!


Demək, Səməd Vurğun xəstə yatan vaxtı Bəxtiyar Vahabzadə ona yenicə yazdığı “Ana dilim” şeirini göstərib, çap eləmirlər – deyir. Səməd Vurğun şeiri oxuyub, Leninin bir fikrini başlığa epiqraf kimi əlavə edir və bu minvalla da şeir çap olunur.

İdi burada necə deyərlər, mən məsələnin hələ Lenin tərəfindən yox (o bir ayrı mövzudur), ədəbi tərəfindən qısaca söz açmaq istəyirəm.

Gəlin baxaq, Səməd Vurğun hansı şeiri oxuyur və ya hansı şeirə epiqraf yazıb, çap olunmasını istəyir?

“Dil açanda ilk dəfə «ana» söyləyirik biz,
«Ana dili» adlanır bizim ilk dərsliyimiz.
İlk mahnımız laylanı anamız öz südüylə
İçirir ruhumuza bu dildə gilə-gilə.”

– bu hissə ilə başlayan və ümumilikdə şeir olaraq özündə heç bir sənət, sənətkarlıq mahiyyətini, yaradıcı istehsalı əks etdirməyən, yalnız texnikanın üzərində publisistikanı, populizmi, “tribuna didaktikası”nı... yekun nəticədə kütləviliyi ifadə edən bir matrealın dərc olunmasına Səməd Vurğun niyə qol çəksin, razı olsun, cəhd etsin, niyə çalışsın?

Nıyə fərqində olmasın ki(!), axı, bu şeirin ədəbiyyatla nə əlaqəsi? Axı, bu şeir niyə ədəbiyyat adı altında təqdim olunmalıdır?
Niyə, “təfəkkür kibriti” ilə Səməd Vurğun o şeiri yandırıb “külə” döndərməsin?

Bilirsiniz, niyə fərqində ola bilməyib, inkar etməyib? Çünki Səməd Vurğunun özündə o inkarçılığı ortaya qoyacaq yaradıcı güc, gerçək ədəbi meyarlardan çıxış etmə potensialı yox idi... Olmayıb. Çünki Səməd Vurğun da müəyyən bədii ştrixlərin fonunda daim qələmi kütləyə “yuvarladıb”. Bu fakt bir daha Bəxtiyar Vahabzadənin məlum şeirinə münasibətdə öz təsdiqini tapır.

Təbi ki, mən öncəki ədəbi yazılarımda da bir neçə dəfə qeyd etmişik keçrilən, Səməd Vurğunun sadəcə yazmaq vərdişi, nəzm vərdişi böyük idi, istedadı, yaradıcı laboratoriyası, təfəkkür energetikasındakı emaletmə potensialı, ekstaz anı, yaratmaq vərdişi yox.
Fundamental MƏTNin, SƏNƏTin yaradılışında vəhdət təşkil edən qeyd etdiyim bu amillər Səməd Vurğunda böyük deyildi. Hətta deyərdim ki, son dərəcə darısqal idi, kiçik idi.

İndi təsəvvür edirsinizmi, Səməd Vurğun ədəbiyyatla əlaqəsi olmayan nə qədər şeirin çapına yol açıb? Digər müşahidələr də buna sübutdur...

Emil Rasimoğlu
yazar