ABŞ Senatında çoxluq təşkil edən Respublikaçılar partiyası, Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini yalnız prezident Donald Tramp istədiyi zaman səsverməyə çıxaracaq.
Lim10.az xəbər verir ki, bu barədə jurnalistlərə Konqresin yuxarı palatasında respublikaçıların lideri, Cənubi Dakotadan olan senator Con Tyun məlumat verib.
“Biz bu layihəni Ağ Evin lazımi hesab edəcəyi vaxt müzakirəyə çıxarmaq istəyirik ki, bu, onlar üçün Putini danışıqlar masasına gətirmək və Ukraynada müharibəyə son qoyacaq razılaşma əldə etmək baxımından faydalı olsun”, – Tyun bildirib.(APA)