İran Ermənistana da narkotik ixrac edir

İrəvandan Avstraliyaya 1,5 kq metamfetamin ixrac etmək cəhdinin qarşısı alınıb. ER Dövlət Gəlirləri Komitəsinin mətbuat xidmətinin məlumatına görə, Qaçaqmalçılıqla Mübarizə İdarəsinin “Zvartnots” şöbəsinin əməkdaşları əməliyyat məlumatlarını yoxlayaraq, hava limanının yük terminalında bir  bağlamaya gömrük baxışı keçiriblər. Bbu baglama beynəlxalq kuryer vasitəsilə Avstraliyaya göndərilirmiş. Baxış zamanı, digər mallarla yanaşı, bağlamanın içərisindən ümumi çəkisi 1,5 kq olan metamfetaminlə doldurulmuş 2 ədəd üzlüklü kitab aşkar edilib. Yükü göndərən İran vətəndaşı E.B.-dir, o, tapılaraq saxlanılıb. Sonra o,  Ermənistan İstintaq Komitəsinin İqtisadi Cinayətlər və Qaçaqmalçılıq üzrə Baş İdarəsinə göndərilib.