"Səbail" futbol klubunda ilginc olaylar...
Bakının “Səbail” komandası heyətində “təmizləmə işləri” aparmaqda davam edir.
Matc.az saytının əldə etdiyi məlumata görə, əcnəbi oyunçularının əksəriyyəti ilə yollarını ayıran paytaxt təmsilçisində bu gedişlə yerli də qalmayacaq.
Konkret olaraq, qapıçı Emil Balayev və müdafiəçi Turan Manafov yol üstədirlər. Düzdü, rəhbərlik onlara yeni müqavilə təklif edib. Məsələ burasındadı ki, bu, futbolçuları qane etməyib.
Hər halda, yeni transfer edilən Şahin Diniyevin oğlu Coşqun Diniyevə aylıq 15 min manat əmək haqqı vəd verən “Səbail”-in Manafova bunun heç yarısını təklif etməməsi, bir növ “özünə komanda axtar”, mesajıdır. 25 yaşlı müdafiəçi qalarsa, 6 min manatlıq maaşa qane olmalıdı.
Emil Balayevə edilən aylıq maaş təklifinin məbləği isə 12 min manatdı. Millimizin üzvü də bunu müsbət cavablandırmayıb. 29 yaşlı qolkiper “Neftçi”yə keçmək üzrədi.