Ölümcül statistika: ən pis etibarlılıq göstəriciləri olan 10 sərnişin təyyarəsi

Hansı təyyarələr faciələrin sayına görə antireytinqə düşüb?

2024-cü ildə dünya üzrə 40 milyondan çox müntəzəm uçuş həyata keçirilib ki, bu da əvvəlki ilə nisbətən 10,4 faiz çoxdur. 

Lim10.az Lent.az-a istinadla xəbər verir ki, təyyarələr ən təhlükəsiz və sürətli nəqliyyat növlərindən biri olaraq qalır. Bununla belə, nadir, lakin səs-küylü hadisələr baş verməkdə davam edir.

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatına görə, son beş ildə qəza nisbəti hər 810 min uçuşdan bir qəzaya düşüb. 1959-cu ildən aviasiya təhlükəsizliyini izləyən Boeing şirkəti bütün kommersiya təyyarələrinin qəza və digər hadisələrini qeyd edən illik hesabatlar dərc edir. Bu məlumatlara əsaslanaraq, ölənlərin sayına əsasən təhlükəsizlik göstəriciləri ən pis olan on sərnişin təyyarəsi modelinin siyahısını tərtib edib.