Əmək münasibətlərinə dair daha bir nüans...
Təcrübədə belə hallara da rast gəlinir ki, işçi bir işəgötürənlə əmək müqaviləsi bağlayır, lakin əmək funksiyalarını başqa işəgötürənlə (əmək müqaviləsinə əsasən işəgötürən olmasada) yerinə yetirir. Müqavilə bağlayan işəgötürənin bu halda həmin işçi ilə əmək münasibətləri formal xarakter daşıyır, işə qəbul, işdən azad etmə və s. əmək müqaviləsində göstərilən digər formal şərtlə olmaqla. Bu qaydada əmək funksiyasının yerinə yetirilməsini Əmək Məcəlləsinin tələblərinə uyğun hesab edilmir, hüququ baxımdan Əmək Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilir:
1. Qeyd edikən bu əmək münasibəti əvvəllər bir qayda olaraq Azərbaycan əmək qanunvericiliyini bilməyən xarici şirkətlərdə həyata keçirilirdisə, hal hazırda yerli müəssisələrdə də rast gəlinir.
2.Yaddan çıxarmaq olmaz ki,Əmək Məcəlləsinə əsasən, tərəflər arasında bağlanılan əmək müqaviləsində 2 tərəf var və bir işəgötürən nəzərdə tutulur, 2 işəgötürən yox. Bu halın, hətta, bir işəgötürənlə rəsmiləşdirilməsi və hər hansı bir formada başqa işəgötürənlə işçinin əmək funksiyasını yerinə yetirməsi kimi rəsmiləşdirmək də Əmək Məcəlləsinin tələblərinə ziddir.
3. Əmək Məcəlləsinə əsasən, əmək münasibətləri əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində, işçi tərəfindən onun işə qəbul edildiyi vəzifə və peşə üzrə AR Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.
4. Əmək müqaviləsi - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir.
5. Əmək müqaviləsinin tərəfləri, həmin müqaviləni imzalamış işəgötürən və işçidir.
6. İşəgötürən və işçi, əmək müqaviləsi əsasında biri digəri qarşısında hüquq və vəzifələrə görə məsuliyyət daşıyır, üçüncü tərəf olan işəgötürən qarşısında deyil.
7. İşçi əmək funksiyasının yerinə yetirilməsinə görə və ikinci işəgötürən qarşısında yalnız o vaxt məsuliyyət daşıya bilər ki, ezamiyyə qaydalarına uyğun həmin müəssisəyə ezam olunsun. Digər hallarda işçi yalnız əmək müqaviləsi bağladığı işəgötürən qarşısında, həmin işəgötürənə və müəssəyə məxsus iş yerlərində əmək funksiyasını yerinə yetirə bilər.
Azər Quliyev.