Avropa İttifaqı Ukraynaya ölkənin bərpası üçün 50 milyard avro verəcək - Bloomberg
Agentliyin mənbələrə istinadən verdiyi məlumata görə, Aİ Ukrayna hakimiyyətinin maaş və pensiyaların ödənilməsi kimi cari xərclərini ödəmək üçün vəsait ayıracaq. əlavə olaraq, yardımın bir hissəsi Ukraynanın “təcili bərpası” üçün nəzərdə tutulacaq.
Bloomberg-in məlumatına görə, Ukraynaya maliyyə yardımı qrantlar və güzəştli kreditlər şəklində veriləcək. Lakin bu paket əvvəllər olduğu kimi bazar kreditləri hesabına deyil, Aİ-yə üzv dövlətlərin töhfələri hesabına maliyyələşdiriləcək.
Eyni zamanda, agentliyin mənbələrinin məlumatına görə, Avropa İttifaqı Ukraynaya yalnız ölkədə islahatlar, o cümlədən korrupsiya ilə mübarizə sahəsində aparılacağı təqdirdə 50 milyard avro ödəyəcək.
Bloomberg yazır ki, islahatlar "Ukraynanı Aİ-yə üzvlük yoluna çıxarmaq" məqsədi daşıyır.