Səlim Müslümov oğurladıqlarını qaytarır
Keçmiş nazir büdcəyə nə qədər ödəyib?
Keçmiş nazir büdcəyə nə qədər ödəyib?
09:11:09Azərbaycanın pensiya təminatı sahəsində - əməkçi vətəndaşlarımızın ahıl vaxtlarında layiqli təqaüdlə təmin edilməsində ciddi problemlər var. Bunların vətəndaşın əmək hüquqlarından tutmuş ahıl yaşda aldığı əmək pensiyasının azlığına qədər rəngarəng səbəbləri var. Bu problemlərin nədən qaynaqlandığı, hansı vasitə və məqsədlərlə törədildiyi barədə məsələləri oxucularımıza bir neçə yazı çərçivəsində çatdirmaq istəyirik.
Əvvəla, biz o fikirdəyəm ki, Azərbaycan hökuməti pensiya təminatı sahəsindəki bütün problemləri qəsdən yaradır və bunun ümidə məqsədi büdcə vəsaitlərinə qənaət edib, onu digər korrupsiya imkanları olan sahələrə yönəltməklə mənimsəmək və təqaüdçü vətəndaşlarımızın kapital yığımı imkanlarını aradan qaldırmaqdır. Birinci məqsəddə qaranlıq heç nə yoxdur, büdcədən sosial təminat üçün ayrılan vəsaitlərini korrupsiyaya uğradaraq, məmurların cibini doldurmaq imkanları məhduddur. Yəni bu vəsait konkret vətəndaşa ünvanlanır və hər ay onun kartına oturur. Düzdür, dövlət ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarında korrupsiya və rüşvət üçün müəyyən imkanlar var və Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları bu imkanlardan çox "səmərəli" şəkildə istifadə edir. Amma sosial müdafiə sahəsindən fərqli olaraq, məsələn, büdcədən investisiya yatrımlari, müdafiə xərcləri və s. üçün ayrılmış vəsaiti müxtəlif korrupsiya sxemləri ilə mənimsəmək mümkündür. Nümunə üçün çox fikirləşməyə ehtiyac yoxdur - Bakı-Quba yoluna qoyulan milyardların sonu hamıya bəllidir, Ziya Məmmədovun milyardlar "xərcləməklə" tikdiyi beton yolu bu günlərdə tort kimi doğrayıb daşıdılar. Doğranıb, daşınan betonun içində armatir nədi, dəmir elementinə aid hər hansı bir fraqment tapmaq müşkül məsələ idi. Məhz bu səbəbdən də sosial müdafiə sahəsinə dövlət büdcəsindən 3 (üç) milyard vəsait ayrılanda dövlət investisiya yatrımlarina müxtəlif adlar altında 15 (on beş) milyard vəsait ayrılır.
Bu yazıda əsasən pensiyaçıların təqaüdlərinin indeksləşdirilməsi, yəni il ərzində pensiyaların real dəyərinin itirilmiş hissəsinin dövlət büdcəsi tərəfindən bərpa edilməsi mexanizminin yarıtmazlığından söhbət açacağıq. Hazırda qanunvericiliyə görə pensiyaların bu cür "bərpa edilməsi" yalnız əmək pensiyasına aid edilir. Bu əməliyyatın fəlsəfəsi ondan ibarətdir ki, il ərzində ölkədə infliyasiya gedir və sabit pensiya alan təqaüdçünün aldığı məvacib dəyərdən düşür. Yəni infliyasiya nəticəsində qiymətlər qalxır və 260-300 manat məvacib alan əmək pensiyası ilin əvvəlində bir ay ərzində ala bildiyi malları bu məbləğlə artıq ilin sonunda ala bilmir. Başqa sözlə desək, məvacibin nominal dəyəri sabit qalsa da, real dəyəri azalır. Dünyada pensiyaların indeksləşdirilməsinin əsas vəzifəsi pensiyanın həmin itmiş real dəyərinin nominal qaydada bərpa edilməsidir. Normal səkildə (yəni manat ifadəsində) pensiyalar elə indeksləşdirilməlidir ki, pensiyaçı bir il əvvəl məvacibi ilə nə qədər ərzaq və digər mal və xidmət alirdisa, ən azı yeni ildə indeksləşdirilmis məbləğlə də bir o qədər mal-məhsul və xidmət ala bilməlidir. Hətta, Avropa ölkələrində pensiyaçılar indeksləşdirilmiş məvacib məbləği ilə bir il əvvəlki illə müqayisədə daha çox mal alan bilir. Çünki dövlətin hədəfi təqaüdçünün güzəranını yaxşılaşdırmaq, sosial müdafiə sistemini inkişaf etdirməkdir.
Bəs Azərbaycanda vəziyyət necədir, pensiyaların indeksləşdirilməsi mexanizmi necə çalışır və bu istiqamətdə dövlətin hədəfi nədən ibarətdir?
Birinci onu qeyd edim.ki, Azərbaycanda bir neçə sosial müdafiə müavinəti mövcud olsa da, ölkədə yalnız əmək pensiyaları indeksləşdirilir. Halbuki, infliyasiya bütün növ müavinətlərin real dəyərini yeyir. Ona görə də hesab edirik ki, yalnız əmək pensiyaları deyil, dövlətin vətəndaşlara ödədiyi bütün növ müavitət və pensiyalar indeksləşdirilməli, yəni real dəyəri hər ilin yanvar ayında ən azı bir il əvvəlki duruma uyğun olaraq nominal qaydada bərpa edilməlidir. Pensiyaçı və digər sosial müdafiəyə ehtiyacı olan sosial qrupların nümayəndələri bir il əvvəlki qiymətlərlə nə ala bilirdisə, yeni məbləğlə də həmin mal, məhsul və xidmətləri almaq imkanına malik olmalıdır. Bu vətəndaşın hüququdur. Bunun üçün ilk növbədə müvafiq dövlət orqanı ölkədəki real infliyasiyanı müəyyən etməlidir. Bizdə isə bu missiyaya yüklümlü olan Statistika Komitəsi infliyasiyanı siyasi sifarişlə müəyyən edir. Yəni hökumət hansı rəqəmi arzulayırsa, komitə də onu elan edir. Bu məsələnin yalnız bir tərəfidir...
Digər tərəfdən, pensiyaninbreal dəyərini yeyən infliyasiya olsa da, pensiyaların indeksləşdirilməsi zamanı əsas kimi infliyasiya deyil, orta aylıq əmək haqqının illik artım tempi götürülür. Bu da subyektiv, əsassız və vasitəli (bilavasitə olmayan) alətdir.
Sözügedən alət ona görə subyektivdir ki, Azərbaycanda əmək haqlarının yarıdan çoxunun artım tempini hökumət müəyyən edir. Belə ki, bu rəqəmin formalasmasında hökumət birbaşa iştirak edir. Dövlət şirkətlərində və dövlət qulluğunda çalışanların əmək bazarında xüsusi çəkisi 50 faizdən çoxdur və digər əməkçilərlə müqayisədə onların maaşının həcmi daha yüksəkdir. Bu səbəbdən də ölkədə orta aylıq əmək haqqının artım tempi hökumət üçün obyektiv göstərici sayıla bilməz.
İkincisi, orta aylıq əmək haqqının artım tempi pensiyaların indeksləşdirməsi üçün ona görə əsassızdır ki, pensiyaların real dəyərinin azalmasına səbəb orta aylıq əmək haqqının artım tempi deyil, məhz infliyasiyadir.
Üçüncüsü, orta aylıq əmək haqqının artım tempi infliyasiyanı təsiri ilə inkişaf etsə də, əmək haqqının artım tempi ilə pensiyaların real dəyərinin azalması arasında birbaşa iqtisadi əlaqə yoxdur. Onlar arasındakı bu əlaqə yalnız infliyasiya vasitəsi ilə xarakterizə edilə bilər. Elə isə biz nə üçün pensiyaların indeksləşdirilməsi zamanı birbaşa infliyasiya göstəricisini deyil, inflyasiyanın təsiri ilə arta bilən (artmaya və ya qeyri-adekvat arta da bilər) orta aylıq əmək haqqının artım tempini əsas götürürük? Bütün bu göstərilən neqativ yanaşmanın hamısının yeganə məqsədi büdcədən sosial müdafiə sahəsinə daha az vəsait ayrılmasına əsas yaratmaqdır.
Bir məsələni də qeyd edim.ki, 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilə qədər əmək pensiyaları illik infliyasiyaya əsasən indeksləşdirilib. Lakin o vaxt da bu iqtisadi alət tam gücü ilə işləməyib. Belə ki, həmin vaxt əmək pensiyası iki hissədən ibarət idi: baza və sığorta hissəsi. Pensiyanin baza hissəsi bütün pensiyaçılar üçün eyni idi və bu dövlət büdcəsindən verilən təminat hesab edilirdi. Sığorta hissəsi də iki yerə ayrılırdı: 2006-cı ilə qədər olan stajın hər ilinə 1,92 manat, 2006-cı ildən sonra yığılan pensiya kapitalının isə yalnız yarısının 144-də bir hissəsi aylıq müavinətə əlavə edilirdi. Həmin vaxt pensiya məbləğinin tam hissəsi deyil, yalnız sığorta hissəsi hər il infliyasiya tempinə uyğun indeksləşdirilirdi. Yəni o vaxtda da pensiyaların indeksləşdirilməsi onun dünyavi fəlsəfəsinə uyğun aparılmırdı.
Bir daha təkrar etmək istərdim.ki, pensiyaların indeksləşdirilməsinin fəlsəfi məqsədi pensiyaların məvaciblərinin il ərzində itimiş real dəyərinin bərpa edilməsidir. İnkişaf etmiş ölkələrdə pensiyala indeksləşdirilərkən üstəlik məbləğlər də əlavə edilir ki, pensiyaçının təminatı da inkişaf etmiş olsun. Məsələ bu qədər sadə olduğu halda, Azərbaycan hökuməti müxtəlif vasitələrlə onu mürəkkəbləşdirir ki, indeksləşdirilməyə daha az vəsait xərcləsin və hökumət buna "uğurla" nail ola bilir.