“İran Zəngəzur dəhlizinin açılmasının əleyhinə deyil”



“Khabar Online” saytı yazır ki, İran İslam Respublikasının Azərbaycandakı səfiri Tehranın Bakı ilə nəqliyyat əlaqələrini inkişaf etdirməkdə davam etdiyini bildirib.

Abbas Musəvi əlavə edib: “Məsələn, yeni dəmir yolu çəkilib, İran Zəngəzur dəhlizinin yaradılmasının əleyhinə deyil və bizim qardaş Azərbaycanla əsas dəhlizimiz var və o, 30 ildir ki, Naxçıvanla əlaqə qurur və bu əlaqə İran üzərindən həyata keçirilir. Təbiidir ki, alternativ dəhlizlər olmalıdır, yeni dəhlizin açılması Azərbaycan və Ermənistandan asılıdır və bu, beynəlxalq məsələdir”.

“İranın yanaşma prinsipi ondan ibarətdir ki, bir ölkə digər ölkənin, o cümlədən qonşularının milli maraqlarına təsir edə bilməz”,-deyə iranlı diplomat iddia edib.

Regional əməkdaşlığa gəlincə, İran səfiri deyib ki, bu məsələdə “3+3” qrupu köməklik göstərəcək. Bu qrupun ilk iclası ötən il Moskvada keçirilib, növbəti iclas isə bu il Tehranda keçiriləcək. Bu görüş çərçivəsində biz regionun problemlərini dialoq yolu ilə həll edə bilərik və regionda normallaşma istiqamətində irəliləyiş var.

https://bit.ly/3RjcQr6