Prezident İlham Əliyev və birinci xanım BMT-nin mənzil qərargahına gediblər

Sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən yüksək səviyyəli müzakirələrdə iştirak etmək üçün BMT-nin mənzil qərargahına gediblər.

Lim10.az Report-a istinadla xəbər verir ki, BMT-nin Baş katibi Antonio Quterreş dövlət başçısını və birinci xanım Mehriban Əliyevanı salamlayıb.