Putinin Ərdoğana və Əliyevə qəzəbi
Ermənistan Azərbaycana hücum edəcək? Rusiyanın Bakıya təzyiqi - İranın xeyrinə olan siyasət"
İranın Nameh News saytı qərəzli yazı dərc edib: “Rusiyanın Azərbaycanın güclənməsinə, Türkiyənin Qafqazda varlığına mane olmaq cəhdləri İrana sərfəli ola bilər. Ermənistanla Azərbaycan arasında müharibə, xüsusən də Laçın dəhlizinin “işğalı” və İranla Ermənistan arasında sərhəd əlaqələrinin kəsilməsi heç də Tehranın xeyrinə deyildi.
Faktlar göstərir ki, Qafqazda yeni hadisələr baş verməkdədir və siyasi şərait dəyişir. İranın Qafqaz regionunun konfiqurasiyalarından çıxması Azərbaycanın təsirinin daha da artması və Əliyevlə Ərdoğanın İran Azərbaycanına təsir etməsinə zəmin yaranması demək olacaq.
İran həm şimal sərhədlərinə nəzarət etməklə, həm də Ermənistanla dostluq münasibətləri qurmaqla bu təsirin qarşısını qismən ala və Azərbaycanı təhdid edə bilər. Amma bu strateji üstünlüyün itirilməsi İranın maneolma variantlarını yoxa çıxara və əlindəki imkanları heçə endirə bilər.
Əgər Rusiyanın səyləri nəticə verərsə, Azərbaycan Laçın dəhlizini tərk etməli, türk və israilli hərbi müşavirləri ixtisar etməli olacaq, bu isə regiona sabitlik gətirəcək və Qafqazda qüvvələr balansını bərpa edəcək”.