Azərbaycanda 2025-ci ilin yanvar-sentyabr aylarında 2 milyard 785 milyon 100 min manat dəyərində benzin və dizel yanacağı satılıb.
Lim10.az oxu.az-a istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7.8 faiz çoxdur.
Cari ilin ilk 9 ayında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 46 milyard 422 milyon 800 min manat dəyərində məhsul satılıb. Bu dövrdə benzin və dizel yanacağı ümumi pərakəndə satışın 6 faizini təşkil edib.