Azərbaycanlı məktəblilər türkiyəli sevilən mərhum müğənni Barış Mançonun "Can bedenden çıkmayınca" mahnısını ifa edib.
Lim10.az xəbər verir ki, avtobusda qeydə alınan görüntülər sosial şəbəkələrin Türkiyə seqmentində maraqla qarşılanıb.
Türkiyə səhifələrində tirajlanan video qısa zamanda bir milyona yaxın baxış toplayıb.
Qeyd edək ki, videodakı məktəblilər azərbaycanlı xanəndə Habil Məmmədovun yetirmələridir. H.Məmmədov və şagirdlərinin ifası sosial şəbəkələrdə milyonlarla baxış toplayır.
Billurə