İlanlı içki rus qadına baha başa gəldi - FOTO

Vyetnamdan içində spirtdə saxlanmış kobra olan “ilanlı içki”ni Yeni il süfrəsi üçün ölkəyə gətirməyə çalışan rusiyalı qadın iki inzibati işlə üzləşib.

Lim10.az “Baza”ya istinadən xəbər verir ki, Altaydan olan sakin Nyaçanqdakı bazarlardan birində ilan və bitki kökləri ilə hazırlanmış bu içkini alıb. O, ilin simvolu olan İlan ilini bu ekzotik içki ilə yola salmaq istəyib.

Lakin butulka Barnaul gömrükçüləri tərəfindən onun çamadanının yoxlanılması zamanı aşkarlanıb. Üzərində “Zmeynoye vino” (“İlan şərabı”) yazısı olub.

Ekspertiza içərisində monokl kobrası — CITES Konvensiyası ilə qorunan növün olduğunu müəyyənləşdirib.

Nəticədə qadının butulkası götürülüb və ona qarşı iki inzibati iş açılıb: malı bəyan etməmək və qadağaları pozmaq maddələri üzrə.