Ermənistan parlamentinin sədri Alen Simonyan Ermənistanın Azərbaycanla əməkdaşlığa hazır olduğunu bəyan edib.
Lim10.az xəbər verir ki, o, Gürcüstan vasitəsilə Azərbaycandan yanacağın idxal edilməsi ilə bağlı sualı cavablandırarkən belə deyib.
"Biz təkcə neft məhsullarına diqqət yetirməməliyik, bütün növ mallar üzrə ticarət olmalıdır. Biz buna hazırıq. "Dünyanın kəsişmə nöqtəsi" və bütün sülh söhbətləri bundan qaynaqlanır. Söhbət bütün növ mallardan gedir, birincisi buğdadır. Qaz, neft və ya başqa nə qədər alternativ enerji mənbələri nə qədər çox olsa, Ermənistan üçün bir o qədər yaxşı imkanlardan istifadə etməlidir. Azərbaycan da bu imkandan yararlanmalıdır. Bu, Azərbaycanın öz maraqlarını təmin etməlidir. Ermənistan vasitəsilə Naxçıvana və ya Türkiyəyə mal ixrac edə bilər”, - Simonyan qeyd edib.



















