"Stalinin polyaklara hədiyyəsi"?!
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfirini Putinin Polşa ərazilərinin bir hissəsinin Stalinin “hədiyyəsi” olduğuna dair sözlərinə görə nazirliyə çağıracaq.
Polşa Xarici İşlər Nazirliyi Rusiyanın Varşavadakı səfiri Sergey Andreyevə Rusiya prezidenti Vladimir Putinin Polşanın torpaqlarının bir hissəsini “Stalinin mövqeyi sayəsində” əldə etmədi ilə bağlı sözlərinə görə naxirliyə0 çağırmaq niyyətindədir. Bu barədə Polşanın Baş naziri Mateuş Moravetski bildirib.
“Stalin yüz minlərlə polyakın ölümünə görə məsuliyyət daşıyan hərbi cinayətkar idi. Tarixi həqiqət şübhəsizdir. Rusiya Federasiyasının səfiri Xarici İşlər Nazirliyinə çağırılacaq”, – Polşanın baş naziri “Twitter” səhifəsində yazıb.
İyulun 21-də Rusiya Federasiyası Təhlükəsizlik Şurasının operativ iclasda çıxış edən Vladimir Putin bəyan edib ki, “məhz Sovet İttifaqının rəhbəri Stalinin mövqeyi sayəsində Polşa Qərbdə əhəmiyyətli torpaqlar, Almaniya torpaqları ələ keçirib”. Rusiya Federasiyasının prezidenti Polşanın qərb ərazilərini “Stalinin polyaklara hədiyyəsi” adlandırıb.