""İRNA-Azərbaycan" ölkələrimiz arasında münasibətləri səmimiləşdirə bilər"

"İRNA-Azərbaycan” İran və Azərbaycan Respublikası arasında əlaqələrin möhkəmlənməsində yeni avanqard ola bilər

 

Təbrizin cümə imamı Seyid Məhəmmədəli Ali-Haşim İRNA-ya müsahibəsində deyib: “İRNA dövlət xəbər agentliyinin saytının Azərbaycan versiyasının fəaliyyətə başlaması İran və Azərbaycan arasında əlaqələrin möhkəmlənməsində yeni avanqard ola bilər. İranlıların mövqe və düşüncələri sarı mediada, o cumlədən həyatı təhrifdən, regionda ixtilaf və gərginlik yaratmaqdan asılı olan əcnəbi muzdlularda deyil, rəsmi mediada aydın şəkildə öz əksini tapmalidir”.

 

Onun sözlərinə görə, regional media bölgə dövlətlərinin, xüsusən də dost və qonşu ölkə olan Azərbaycanla mədəni, dini və tarixi əlaqələrə və çoxsaylı ümumi cəhətlərə arxalanaraq, dostluq bağları və əlaqələri getdikcə daha da möhkəmləndirə bilər.

 

“Bu gün İran və Azərbaycan KİV-ləri iki ölkənin dərin tarixi və mədəni keçmişinə söykənərək regional həssas məsələlərlə bağlı əməkdaşlığını artıraraq münasibətlərini daha səmimi etsələr, iki ölkənin tarixi əlaqələrini və təhlükəsizliyini pozmaq üçün üçüncü dövlətlərin müdaxiləsinin qarşısını ala, dostluq və qardaşlıq sərhədlərində həmişə bərqərar olan sülhü gələcək nəsillərə öturə bilərlər”,- o, əlavə edib.

 

#İran #Azərbaycan #İRNA