Qazaxıstanın Energetika Nazirliyi ölkə ərazisindən neft məhsullarının ixracına müvəqqəti qadağa qoyulması barədə qərarı təsdiqləyib.
Lim10.az xəbər verir ki, bu qərar “milli təhlükəsizliyi və daxili yanacaq bazarının sabitliyini təmin etmək” məqsədilə qəbul olunub.
Qazaxıstandan, o cümlədən Avrasiya İqtisadi Birliyi ölkələrindən neft məhsullarının ixracına qadağa altı ay müddətinə - 2025-ci il noyabrın 20-dən 2026-cı il mayın 20-dək tətbiq olunur.
Sənədə əsasən, avtomobil və dəmir yolları ilə benzin, dizel yanacağı və bir sıra digər neft məhsullarının ixracı qadağandır.(axar.az)



















