Əliyev İrəvanın Kərki və Qazaxın 7 kəndi ilə bağlı götürdüyü öhdəliyi açıqladı
Prezident İlham Əliyev Çinin “China Media Group” media korporasiyasına müsahibəsində bildirdi ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü 86,6 min kvadratkilometr ərazidə tanıyıb. Bura Qarabağ və işğal altında olan 8 kənd (Kərki və Qazaxın 7 kəndi) daxildir.
Rəsmi Bakının tələbi Ermənistanın bunu rəsmi şəkildə təsdiq etməsi – sülh sazişinin imzalanmasıdır. İrəvan bundan qaçır, Paşinyanın Azərbaycanla müharibə ehtimalının böyük olduğu haqda dedikləri də bundan qaynaqlanır.
Ermənistan nə Qarabağda istədiyini əldə edə bilir, nə də sərhəddə. Anklavlara qarşı 1975-ci il xəritəsi üzərindən gediş etsə də - Başkəndi və sərhəd bölgəsindəki bir neçə kəndi dəyişdirmək – gündəliyə daxil edə bilmədi. Bu situasiyanı dəyişdirmək – şifahi qəbul etdiklərini rəsmiləşdirməmək üçün yeni situasiya ehtiyac var. Belə bir situasiya nəticədən asılı olmayaraq, hərbi eskalasiya baş verdiyi halda mümkün ola bilər. Nikolun müharibə xəbərdarlığı mümkün eskalasiyada “alibi” qazanmaq gedişi də ola bilər.